Qurban Qurbanovdan transfer açıqlaması - Video

Qurban Qurbanovdan transfer açıqlaması - Video
Futbol, Video
26 Avqust 2019 - 16:03
Supersport.Az Azərbaycan Premyer Liqasının ikinci turunda "Qəbələ"nin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.


"Futbolçuları təbrik edirəm. Hər matç bizim üçün vacibdir. Oyunçular nizam-intizamı saxladılar. Rəqibə və baş məşqçiləri Sənan Qurbanova uğurlar arzulayıram. Ola bilər ki, onlarda hər hansı bir dəyişikliklər olub" deyən mütəxəssis, oyunda 2-ci qolun müəllifi olan yeni transfer Maqaye Qeyenin hələ formada olmadığını bildirib:

"Araz Abdullayev görüşdə həvəssiz deyildi.  Maqaye Qeyenin yaxşı keyfiyyətlərini gördüm. Hazırda formasından uzaqdır.  Oyunçular bir-birini yaxşı başa düşdülər. Qarşıda daha da yaxşı Maqaye Qeye görə bilərik".

Q.Qurbanov zədəli oyunçuların durumu barədə danışıb:

"Bədavi Hüseynov fərdi məşqləri gücləndirib. Hələ ki, hazır deyil və bir az düzəlib. O, iki dəfə ardıcıl zədə aldı. Buna görə də diqqətli olmalıyıq. Yığmanın fasiləsindən sonra onu meydanda görə bilərik. Filib Ozobiç isə 2 ay olmayacaq. O, indi Xorvatiyadadır. Bir neçə həkimlə məsləhətləşdik. Zədəsi ağırdır. Düşünürəm ki, əməliyyat olunmayacaq və bir aydan sonra fərdi məşqlərə başlaya bilər".
Baş məşqçi heyətə yeni yarımmüdafiəçi cəlb etmək istədiklərini deyib:


"Biz transfer axtarışındayıq. Yarımmüdafiəçi gətirməyə çalışırıq. Avropa Liqasının qrupuna düşsək də, düşməsək də orta xəttə oyunçu istəyirik".

Q.Qurbanov gənc oyunçu İsmayıl İbrahimli haqda müsbət fikirdədir:

"Onunla bağlı fikrim müsbətdir. Oyun üslubumuza tam uyğundur. Amma iki oyunda meydanda olmaq tam hazır olmaq demək deyil. Daha çox işləməlidir. İsmayılın futbol mentaliteti yaxşıdır. Bizim kollektivə uyğun futbolçudur".

Digər xəbərlər