"Qarabağ"dan asan qələbə

"Qarabağ"dan asan qələbə
Futbol
25 Avqust 2019 - 22:57
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Premyer Liqasının II tur matçında üz-üzə gələn "Qarabağ" və "Qəbələ" komandaları arasında 54-cü duel olub.

İlk dəfə 2006-cı ildə görüşən komandalar indiyədək 53 dəfə qarşılaşıblar. Bu matçlarda "Qəbələ" 12, "Qarabağ" 24 dəfə qalib gəlib. Digər 17 görüşdə qalib müəyyənləşməyib. Rəqib qapısından 47 top keçirən "Qəbələ" 68 top buraxıb.
Bu 53 oyundan 44-ü Premyer Liqa, 9-u Azərbaycan Kubokunda olub. 10 qarşılaşmada meydanı üç xalla tərk edən "Qəbələ" 12 heç-heçə edib və 22 məğlubiyyət alıb. 100 qolun vurulduğu matçlarda top fərqi Ağdam təmsilçisinin xeyrinədir – 40:60.

27-ci dəfə "Qarabağ"ın rəqibi olacaq "qırmızı-qaralar" əvvəlki 26 səfərdə 4 dəfə qalib gəlib. Hesabında 9 heç-heçə olan "Qəbələ" 13 dəfə uduzub. Səfərdə 20 dəfə rəqib qapısına yol tapan komanda 37 top buraxıb.

"Qarabağ" – "Qəbələ" oyununa saat 21:00-da başlayıb.

21:00 "Qarabağ" – "Qəbələ" 3-0

Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir 79





































































































NKlublarOQHMT-FX
1Səbail22004-06
2Qarabağ11001-03
3Sumqayıt21012-33
4Sabah10101-11
5Neftçi10101-11
6Zirə10010-10
7Keşlə10010-10
8Qəbələ10010-20


Bombardirlər:


Mehdi Şərifi ("Sumqayıt") - 2 qol
Ağabala Ramazanov ("Səbail") - 2 qol

Digər xəbərlər