"Neftçi"nin məşqçisinə medallar təqdim olundu

"Neftçi"nin məşqçisinə medallar təqdim olundu
Futbol
24 Avqust 2019 - 21:57
Supersport.Az-ın məlumatına görə, "Neftçi" Futbol Akademiyasının U-10 komandasının baş məşqçisi, əməkdar məşqçi İslam Kərimov "Qarabağ müharibə veteranı" və "Milli Ordu-100" medalları ilə təltif olunub. Medallar təcrübəli mütəxəssisə Azərbaycan Müharibə Veteranları Cəmiyyətində təqdim edilib.

Qeyd edək ki, 27 ildir "Neftçi"də çalışan İslam Kərimov 1992-ci ildə könüllü olaraq 845 saylı, Milli Qəhrəman Allahverdi Bağırovun batalyonuna yollanıb. Ağdam döyüşlərində, Naxçıvanik kəndinin və Xocalı əsirlərinin azad olunmasında iştirak edib.

Digər xəbərlər