"Axmaq deyiləm, çox çətin olacaq"

"Axmaq deyiləm, çox çətin olacaq"
Futbol
24 Avqust 2019 - 12:18
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Trabzonspor"un qarşısında aciz qalan AEK-in baş məşqçisi Migel Kardozo fikirlərini bildirib.

47 yaşlı portuqaliyalı mütəxəssis məğlubiyyətin səbəbini açıqlayıb, mərhələ keçməyin çox çətin olacağını deyib:

"1-0 irəlidə olarkən 2 künc zərbəsindən qol buraxdıq. İkinci qol vurmağa fürsətlərimiz oldu. fasilədən sonra çox sayda səhvlər etdik, rəqib əks-hucumlarda fərqlənərək qalib gəldi. Oyun ərzində üstünlüyü qorumalıydıq. Rəqibin sürətli oyunçuları vardı, xətlərarası əlaqəni pozdular.

Axmaq deyiləm, mərhələ adlamağın çox çətin olduğunu dərk edirəm. Komandamızda futbolçular bir-birini tanıyır. Qarşıda oyunlar var, gücümüzü qorumalıyıq. Məndən enerjimi itirməyi gözləməyin. Komanda olaraq birgə mübarizə aparacağıq".

Xatırladaq ki, "Trabzonspor" Yunanıstanda AEK-i 3:1 hesabıyla məğlub edib.

Digər xəbərlər