"Qarabağ"ın oyunu rusiyalı hakimlərə həvalə olundu

"Qarabağ"ın oyunu rusiyalı hakimlərə həvalə olundu
Futbol
24 Avqust 2019 - 10:25
Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Linfild" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, matçın baş hakimi Rusiya Futbol Federasiyasından 35 yaşlı Sergey İvanov olacaq. Ona  Roman Usaçov və Valeri Dançenko köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.
Qeyd edək ki,  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  "Qarabağ" - "Linfild" görüşü avqustun 29-u yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında Belfastdakı ilk oyunda Şimali İrlandiya klubu 3:2 hesabı ilə qalib gəlib.

Digər xəbərlər