"Apoel"in əsas çalışdırıcısı: "Ayaks"ı keçmək üçün hücumları artırmalıyıq"

"Apoel"in əsas çalışdırıcısı: "Ayaks"ı keçmək üçün hücumları artırmalıyıq"
Futbol
21 Avqust 2019 - 03:03
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off raundunun ilk görüşündə ötən mövsümün yarımfinalçısı "Ayaks"la qolsuz heç-heçə edən "Apoel"in baş məşqçisi Tomas Doll açıqlama verib. 

Alman mütəxəssis futbolçularıyla fəxr etdiyini vurğulayıb:

"Çox sevinirəm ki, oyunçularım çox yaxşı çalışdılar, möhtəşəm oynadılar. Futbolçularımla çox qürur duyuram. Avropanın ən yaxşı komandalarından biriylə oynadıq. Keçən il "Ayaks"ın Madrid və Turində nə qədər asan qələbə qazandığını görmüşdük.

Rəqiblə qarşılaşmada müdafiədə çox yaxşı idik. Qol vurmaq üçün hücumların sayını artırmalıyıq.

Çox çətin oyundan sonra istirahət edəcəyik. Cavab oyununda eyni istək, əzmlə mübarizə aparmalıyıq".

 

Digər xəbərlər