Elşad Əhmədov "Sabah"ın məqsədini açıqladı - Video

Elşad Əhmədov "Sabah"ın məqsədini açıqladı - Video
Futbol, Video
20 Avqust 2019 - 10:49
Supersport.Az Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) matçdan sonra "Sabah"ın baş məşqçisi Elşad Əhmədovun fikirlərini videogörüntüyə alıb. 

Mütəxəssis nəticəni ədalətli hesab edib: 


"Çempionatın ilk oyunu idi. Həqiqətən çətin oldu. Futbolçularda həyəcan var idi. Rəqibin "Neftçi" olması buna təsir etdi. Hər iki komanda qələbə qazana bilərdi. Bu baxımdan nəticəni ədalətli hesab etmək olar".  

O, futbolçu Cavid İmamverdiyevin hazırlığından razı qaldığını bildirib:

"Cavid topu saxlaya bilən oyunçudur. Bəlkə də, ötürmələrdəki səhvi həyəcanla bağlı idi".

"Sabah"ın baş məşqçisi bu heyətlə qarşıya qoyulan hədəfə çata biləcəklərinə inanır:

"Ya çempionat vasitəsilə, ya da ölkə kubokunu qazanaraq Avropa Liqasına getmək istəyirik".

Digər xəbərlər