"Dinamo"nun baş məşqçisinin tələbi: "Ramil qol vurmalıdır"

"Dinamo"nun baş məşqçisinin tələbi: "Ramil qol vurmalıdır"
Futbol
19 Avqust 2019 - 10:57
Rusiyanın "Dinamo" (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov millimizin hücumçusu Ramil Şeydayevin "Lokomotiv"lə oyundakı çıxışına qiymət verib.

Supersport.Az xəbər verir ki, mütəxəssis Rusiya Premyer Liqasının 6-cı turunda keçirilən Moskva derbisində 90 dəqiqə meydanda olan Şeydayevin durumundan narazı olduğunu, ondan qol gözlədiyini bildirib:

"Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdır. Ancaq düşünürəm ki, bu da olacaq".

Xatırladaq ki, "Lokomotiv" "Dinamo"nu 2:1 hesablı məğlub edib. Şeydayev bu matçda fərqlənə bilməyib.

Digər xəbərlər