"Qalatasaray"da məşqçi istefası

"Qalatasaray"da məşqçi istefası
Futbol
18 Avqust 2019 - 00:43
Supersport.Az-ın məlumatına görə, Superliqanın ilk turunda "Dənizlispor"a məğlub olan "Qalatasaray"ın məşqçisi Hasan Şaş gözlənilməz addıma atıb. Baş məşqçi Fatih Terimin köməkçisi istefa verdiyini bəyan edib.

H.Şaş açıqlamasında bildirib:

"Qalatasaray"ıma, hocama ki, adam kimi adam, Levent (Şahin) qardaşıma, Ümit (Davala) qardaşıma uğurlar diləyirəm. Qəlbin həmişə sizinlə... Mən sevdiyimə ziyan vurmaram. Vəzifədən istefa verirəm. Haqqınız halal edin, salamat qalın".

Bundan əvvəl o, "Məni "günah keçisi" edənlər Allahın ədalətiylə əziləcəksiniz" paylaşımı edib.

Süperliqada "Qalatasaray"ın "Yukatel Dənizlispor"a uduzduğu oyunda Hasan Şaşın rəqib komandanın azarkeşləriylə qarşıdurması olub.





Digər xəbərlər