Premyer Liqamız başladı: “Qarabağ” qalib gəldi

Premyer Liqamız başladı: “Qarabağ” qalib gəldi
Futbol
16 Avqust 2019 - 21:20
Bu gün Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümü başlayıb.

Supersport.Az xəbər verir ki, 28-ci ölkə çempionatında 8 klub 4 dövrəli sistem üzrə mübarizə aparacaq.

Mövsümün açılış matçı "Dalğa Arena"da "Keşlə" 7 qat çempion "Qarabağ"ı qəbul edib. Ağdam klubunun 21 yaşlı futbolçusu İsmayıl İbrahimli qol vurub.

Turun digər oyunları qarşıdakı üç gün ərzində keçiriləcək.

16 avqust (cümə)

Azərbaycan Premyer Liqası, I tur

19:00. “Keşlə” – “Qarabağ” 0-1

Qol: İsmayıl İbrahimli 78


Hakimlər
: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
“Dalğa Arena”


17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər
: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“ASCO Arena”.

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”

Digər xəbərlər