"Neftçi"nin baş məşqçisi özünü günahlandırdı

"Neftçi"nin baş məşqçisi özünü günahlandırdı
Futbol
16 Avqust 2019 - 00:47
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin "Bney Yehuda” klubu ilə cavab oyunu sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

İtaliyalı mütəxəssis məğlubiyyətə görə təəssüfləndiyini bildirib:

"Oyun istədiyimiz kimi getmədi. Rəqib yenə bütövlüklə müdafiə olundu. Əlbəttə, bu məğlubiyyətdə əvvəlcə özümü günahlandırıram. Məncə, futbolçularımın daha da ürəkli vuruşmaları üçün onlara nəyisə düzgün çatdıra bilməmişdim. Çatışmayan cəhətləri düzəltməliyik. Futbolçulara tapşırmışdım ki, səbrli olsunlar, qol vuracağıq. Amma əvəzində qapımızdan erkən qol buraxdıq. Sonra anlaşılmazlıqdan qapımızda daha bir qol gördük. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunurdu, boşluqlar buraxmırdı. 

Rəqibin iki hücumundan sonra qapımızda qol gördük. Qol buraxan komandanın dönüş yaratmaq üçün çalışması normaldır. Biz də buna çalışırdıq. Təbii ki, mərhələ keçməməyimiz üzücüdür. İlk oyundan sonra pley-offa adlayacağımıza böyük inamım vardı. Artıq çalışmalıyıq özümüzü düzgün motivasiya edək ki, ölkə çempionatına yaxşı başlayaq. Bakıdakı oyunla müqayisədə rəqib bu dəfə daha da arxada oynayırdı. Demək olar, meydanın özünə aid hissəsində müdafiə olunurdu. Ona görə də məcbur qalıb Mbodju irəli göndərdik ki, cinah ötürmələriylə rəqib qapısı qarşısında təhlükə yaradaq. Fərdi texnikaya malik olan Rəhman ilə Platellası da cinahlardan təhlükəli ötürmə etmələri üçün meydana buraxdım. Bununla belə, təəssüf ki, istədiyimizə nail ola bilmədik. Artıq ölkə çempionatı başlayır. Bəzi dəyişiklər etmək lazımdır".

Digər xəbərlər