"Sabah"da ayrılıq

"Sabah"da ayrılıq
Futbol
15 Avqust 2019 - 15:56
"Sabah"ın futbolçusu Marko Deviç komandadan ayrılıb.

Supersport.Az xəbər verir ki, 35 yaşlı hücumçu bu barədə şəxsi "İnstagram" hesabında paylaşım edib.

O, paytaxt təmsilçisi ilə vidalaşıb: "Hər şeyə görə təşəkkürlər, "Sabah"! Təşəkkürlər Bakı! Təşəkkürlər Azərbaycan!"

Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü ötən mövsüm Azərbaycan Premyer Liqasında  21 oyunda 8 qol vurub. O, 2018-ci ilin yayından "Sabah"da çıxış edirdi.

Digər xəbərlər