"Apoel"lə oyunda "Qarabağ" fanatının qanı töküldü - Foto
Futbol, Eksklüziv, Foto
15 Avqust 2019 - 02:12
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda keçirilən "Qarabağ" - "Apoel" oyununda hər iki klubun azarkeşləri arasında qarşıdurma olub.
Kipr klubunun fanatları komandalarının qələbəsinin ardından meydançaya daxil olmaq istəsə də, Azərbaycan polisləri, mühafizəçilər buna imkan verməyiblər.
"Qarabağ" - "Apoel" azarkeşləri arasında qalmaqala gəlincə, Azərbaycan klubunun dəstəkləyicisi başından xəsarət alıb. Ağdam klubunun fanatının qan izləri avtobusda qalıb. Hüquq mühafizə orqanlarının əməkdaşları azarkeşlər arasında qarşıdurmanın böyüməsinin qarşısını alıblar.