"Qarabağ" əvvəl, "Apoel" sonra

"Qarabağ" əvvəl, "Apoel" sonra
Futbol
11 Avqust 2019 - 15:05
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Apoel" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

Avqustun 12-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

"Apoel"in çalışdırıcısı saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Kipr təmsilçisinin son məşqi isə saat 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

 

Digər xəbərlər