“Qarabağ”ın potensial rəqibində yeni müqavilə

“Qarabağ”ın potensial rəqibində yeni müqavilə
Futbol
10 Avqust 2019 - 11:01
“Ayaks” futbolçusu Hakim Ziyexlə müqavilənin müddətini uzadıb.

Supersport.Az xəbər verir ki, bu barədə Amsterdam klubunun rəsmi saytı məlumat yayıb.

Mərakeşli hücumameylli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2021-ci ildə başa çatacaq müqavilə 2022-ci ilin iyununa kimi uzadılıb.

Ziyex 2016-cı ildə “Tvente”dən "Ayaks"a transfer olunub. O, ötən mövsüm Hollandiya çempionatında 29 matçda 16 qol vurub.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da PAOK - "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq.

Digər xəbərlər