"Neftçi" futbolçunu xəstəxanaya göndərdi - Video

"Neftçi" futbolçunu xəstəxanaya göndərdi - Video
Futbol, Eksklüziv, Video
09 Avqust 2019 - 21:07
Supersport.Az Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə qarşılaşmada ciddi xəsarət alan "Bney Yehuda"nın oyunçusu Paz Ben Arinin ağır anlarını videogörüntüyə alıb.


Matçın son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu Bakıda xəstəxanaların birinə aparılmamış Azərbaycan klubunun prezidenti Kamran Quliyev onun vəziyyətiylə maraqlanıb. Hospitalda müdafiəçiyə dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub.
O, qolu gipsli halda gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı otelə qayıdıb. Ben Ari geri döndükdən sonra növbəti dəfə tibbi testdən keçəcək və onun son durumu məlum olacaq.

Xatırladaq ki, "Neftçi" - "Bney Yehuda" matçı 2:2 hesabı ilə başa çatıb. Azərbaycan təmsilçisi  avqustun 15-də səfərdə cavab oyununa çıxacaq.

Digər xəbərlər