"Neftçi" son dəqiqədə məğlubiyyətdən qurtuldu

"Neftçi" son dəqiqədə məğlubiyyətdən qurtuldu
Futbol
08 Avqust 2019 - 23:00
Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, yeganə təmsiçimiz "Neftçi" bu gün növbəti matçında doğma meydanda "Bney Yehuda" klubu ilə üz-üzə gəlib. Qarşılaşmada 4 qol vurulub. "Neftçi" əvvəlcə 0:2 hesabıyla geri düşsə də, sonradan bərabərliyi təmin edərək məğlubiyyətdən qurtulub.
Azərbaycan klubu bu mərhələni keçsə, pley-offda "Malmö" – "Jirinski" cütünün qalibi ilə qarşılaşıb.

8 avqust

Avropa Liqası

III təsnifat mərhələsinin ilk oyunu

21:00. "Neftçi" - "Bney Yehuda" 2-2


Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
Bakı. 8-ci km stadionu.

Digər xəbərlər