Qurban Qurbanovdan erməni təxribatına etiraz: onların adını belə çəkmək istəmirəm" - Video

Qurban Qurbanovdan erməni təxribatına etiraz: onların adını belə çəkmək istəmirəm" - Video
Futbol, Eksklüziv, Video
07 Avqust 2019 - 19:49
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Kiprdə keçirilən "Apeol" - "Qarabağ" oyununda da Azərbaycan klubuna qarşı erməni təxribatı edildi.

Qarşılaşmadan əvvəl mənfur düşmənlərin qurumu Qarabağ məsələsiylə bağlı yalan, saxta məlumat yaydı. Bununla kifayətlənməyən həyasızlar "Apoel" - "Qarabağ" matçına erməni bayrağı gətirdilər. Kipr polisi Azərbaycan klubunun əvvəlcədən xəbərdarlıq xarakterli müraciətinə məhəl qoymadı.

Supersport.Az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov erməni təxribatına sərt reaksiya verib.

"Ümumiyyətlə, onlar haqda danışmaq, adlarını da söyləmək istəmirəm. Biz peşəkarıq, idmançıyıq. Bütün diqqətimiz oyunda, lazım olan sərfəli nəticə əldə, ölkəmizi layiqincə təmsil etmək idi. Allaha şükürlər olsun ki, çətin olsa da, qələbə qazandıq. Təxribatlara gəlincə, olub, olacaq. "Qarabağ" komandası olaraq düzgün işimiz, istəyimiz, oyunumuzla uğurlar qazanmalıyıq ki, belə xoşagəlməz məqamlar bizə təsir etməsin".

Digər xəbərlər