"Apoel" "Qarabağ"ı kiçiltməməlidir"

"Apoel" "Qarabağ"ı kiçiltməməlidir"
Futbol
06 Avqust 2019 - 19:43
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"la oyun ərəfəsində "Apoel"in Veteranlar Şurasının rəhbəri Petrakis Xatsitoma fikirlərini bölüşüb.

"Qarabağ"a hörmət etməli, kiçiltməməliyik. Unutmayaq ki, Kipr klubları əvvəllər Azərbaycan komandalarından zərbə alıb. Komandamız yetərli yaxşı, daha güclü heyətə malikdir. Maddi qazanc baxımdan da qrupa vəsiqə mühümdür. Mən indi optimistəm.

Hər iki komanda təmkinli oynayacaq. "Apoel"in erkən qol vuracağını düşünmürəm. Futbolçular çox diqqətli olmalıdırlar. İlk növbədə qol buraxılmaq olmaz. "Apoel" haqda nikbinəm. Bir qolla qələbə yaxşı nəticə olar.

Keçmiş futbolçu olduğum üçün bilirəm ki, komandaya azarkeş dəstəyi vacibdir. Fanatlar oyunçulara əlavə güc verir. Fankart problemi həll olunmalı, azarkeşlərin stadionlara gətirməyin yolu tapılmalıdır. Kipr futbolu Avropada ciddi qəbul olunur və layiqincə təmsil olunmalıyıq.

Tamarinin meydanda olmasını çox arzulayıram. Ancaq "Apoel" möhtəşəm, səviyyəli klubdur. Belə komanda bir oyunçudan asılı olmamalıdır. Futbolçu 100 faiz deyilsə, mübahisə etməməlidir" - deyə, sabiq futbolçu bildirib.

Digər xəbərlər