Kipr azarkeşindən "Qarabağ"a dəstək - Şəkil

Kipr azarkeşindən "Qarabağ"a dəstək - Şəkil
Futbol
06 Avqust 2019 - 15:23
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Apoel"in qonağı olacaq "Qarabağ"a Kipr azarkeşlərindən biri dəstək verib.

"Apollon" komandasının sabiq, Azərbaycan klubunun 25 yaşlı bolqar futbolçusu Simeon Slavçevin ada ölkəsində çox sayda fanatları olduğu bildirilir. Limassol komandasının sadiq azarkeşlərindən Stelios Asimen "Apoel"lə qarşılaşma ərəfəsində Nikosiyada "Qarabağ"ın oyunçusuyla görüşüb, dəstək nümayiş etdirib. Slavçev 2015-2016-ci il mövsümündə "Apollon"da çıxış edib.


Digər xəbərlər