"Qarabağ"ın səfər proqramı

"Qarabağ"ın səfər proqramı
Futbol
04 Avqust 2019 - 17:26
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Apoel" - "Qarabağ"  qarşılaşmasından öncə keçiriləcək Azərbaycan komandasının son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Avqustun 5-i, sabah baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla saat 20:15-də media mənsublarının qarşısına çıxacaq. "Qarabağ"ın son məşqi saat 20:30-da qarşılaşmanın keçiriləcəyi GSP stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, "Qarabağ" indi çarter reysilə Kiprə yola düşür və 3 saata çatacaq.

Digər xəbərlər