"Qarabağ"ın zədəliləri "Apoel"lə oyunda iştirak edə biləcəkmi?

"Qarabağ"ın zədəliləri "Apoel"lə oyunda iştirak edə biləcəkmi?
Futbol
04 Avqust 2019 - 11:54
Supersport.Az Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Apoel"lə qarşılaşacaq "Qarabağ"ın zədəli futbolçularının son vəziyyətiylə bağlı məlumat əldə edib.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la cavab matçında (3:0) xəsarət alan Filip Ozobiçin diz ətrafında sümük qırığı aşkarlanıb. Xorvat yarımmüdafiəçi ən azı bu ilin sonuna meydana çıxa bilməyəcək. Ozobiç həmin oyunun 25-ci dəqiqəsində Dani Kintana ilə məcburi əvəz olunmuşdu.

Zədəli digər futbolçu Bədavi Hüseynov fərdi məşqlə kifayətlənir. Ozobiçlə Bədavi avqustun 6-da "Qarabağ"ın səfərdə "Apoel"lə oyununu buraxacaq.

"Dundalk"la matçda zədə alan Maksim Medvedevlə ispan oyunçu Miçelin Kiprdə mübarizə aparacağı gözlənilir. Hər iki futbolçu komandasının məşqlərində iştirak edir.

 

Digər xəbərlər