"Neftçi" Rusiya, İngiltərə klubuna söz atdı - Şəkil

"Neftçi" Rusiya, İngiltərə klubuna söz atdı - Şəkil
Futbol, Video
03 Avqust 2019 - 15:50
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının ikinci təsnifat mərhələsində Tula "Arsenal"ına futbol dərsi keçən "Neftçi"nin mətbuat xidməti maraqlı addımla gündəmə gəlib.

Azərbaycan təmsilçisi, sosial şəbəkədə Rusiya və İngiltərə klubuna sataşıb, Tula, London komandasına ironiyalı ismarıc ünvanlayıb:

"Depressiyaya düşməyin, qəti hirslənməyin. Siz bu il Bakda məğlub olan yeganə "Arsenal" deyilsiniz. Doğrudurmu, London "Arsenal"ı? Yaxşı və xoş səfərlər, dostlar!"

 

Digər xəbərlər