Messiyə ağır cəza

Messiyə ağır cəza
Futbol
03 Avqust 2019 - 11:55
Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina millisinin hücumçusu Lionel Messiyə 3 ay cəza tətbiq edib.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, bu qərarın verilməsinə futbolçunun Braziliyada keçirilən Amerika kuboku oyunları zamanı onun Cənubi Amerika futbol məmurlarını tənqid etməsi səbəb olub. O, məmurları ev sahibi olan komandanın qalibiyyəti üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə, çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar.

Qərarın noyabrın 3-dək qüvvədə olduğu müddətdə Messi milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi matçları buraxacaq.

"Barselona"nın forvardı həmçinin 50 min dollar məbləğində cərimə ödəməlidir.

Daha əvvəl Messi Amerika Kuboku çərçivəsində Çili ilə üçüncü yer uğrunda keçirilən matçda qırmızı vərəqə alması səbəbindən martda DÇ-2022-nin birinci təsnifat mərhələsi oyununu buraxacağı bəlli olmuşdu.

 

Digər xəbərlər