Millimizə yeni rəqib

Millimizə yeni rəqib
Futbol
03 Avqust 2019 - 11:20
Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək.

Supersport.Az-ın xəbərinə görə, bu haqda AFFA-nın saytı məlumat yayıb.
Bəhreyn Milli Stadionunda Bəhreyn millisinə qarşı keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.

Xatırladaq ki, millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.

Digər xəbərlər