"Qəbələ" "Dinamo"yla oyuna hazır olmayıb

"Qəbələ" "Dinamo"yla oyuna hazır olmayıb
Futbol
02 Avqust 2019 - 09:39
"Qəbələ"nin məşqçisi Zaur Həşimov Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Dinamo" (Gürcüstan) ilə cavab oyunundan (0:3) sonra mətbuat konfransı keçirib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, məğlub olaraq mübarizəni dayandırdıqları matçla bağlı deyib:
"Dinamo" zəif komanda deyil. Analiz zamanı da bunu görmüşdük. Onlar oyunda da göstərdilər ki, layiqli komandaları var. Bugünkü heyətlə də "Dinamo"ya qarşı bərabər mübarizə apara bilərdik. Amma müəyyən səbəblərdən tam hazır ola bilmədiyimiz üçün hər iki görüşdə məğlub olduq. Həkimlərin rəyinə görə zədələnərək əvəzlənən İvitsa Juniçin almacıq sümüyündə sınıq var. O, əməliyyat olunmalıdır".

Digər xəbərlər