"Arsenal"dan tarixi transfer

"Arsenal"dan tarixi transfer
Futbol
02 Avqust 2019 - 08:44
İngiltərənin “Arsenal” klubu növbəti transferini həyata keçirib.

Supersport.Az xəbər verir ki, London klubu Fil Dişi Sahili yığmasının Fransa doğumlu futbolçusu Nikola Pepeni heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı  hücumçu Fransanın “Lill” klubundan transfer edilib. Pepe yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. O, London təmsilçisində 19 nömrəli formanı geyinəcək.

Ötən mövsüm 41 oyuna 23 qol vurmuş Pepe “Lill”də 2017-ci ildən çıxış edirdi. O, Bu kluba “Anje”dən transfer olunmuşdu.

Pepe “Arsenal” tarixinin ən bahalı transferinə çevrilib. London klubu bu keçidə görə 80 milyon avro təzminat ödəyəcək.

Digər xəbərlər