"Milan"dan yeni transfer

"Milan"dan yeni transfer
Futbol
02 Avqust 2019 - 00:18
“Milan” heyətinə yeni oyunçu cəlb edib.

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “rassonyerlər” “Lill”dən Rafael Lealunu alıb. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Fransa mətbuatı “Milan”ın bu transfer üşün 35 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Rafael ötən mövsüm Fransa Liqasında 24 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər xəbərlər