Ramin Musayev: "Qorxduğumuz komanda yoxdur" - Video

Ramin Musayev: "Qorxduğumuz komanda yoxdur" - Video
Futbol, Eksklüziv, Video
02 Avqust 2019 - 08:15
Supersport.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev klublarımızın Avrokuboklarda çıxışına münasibət bildirib. 


"Neftçi"dən Rusiya klubuyla qarşılaşmada uğur gözləyirdiniz" sualını qurum rəhbəri, belə cavablandırıb: 

"İnşAllah bu uğurun davamı gələcək. 

Bir məqamı bildirim ki, "Neftçi" hələ 2005-2006-cı ildə Moskvada keçirilən "Birlik Kuboku"nda gücünü göstərib. Gəlin, tarixi unutmayaq. "Neftçi"dən uğur gözləyirdik və nəticəni də gördük".

PFL prezidenti, "Neftçi"nin üçüncü mərhələdə "Bney Yehuda"nı da mübarizədən kənarlaşdıracağına inansa da, futbolçulara məsləhət verib:    

"Neftçi"ylə "Qarabağ" futbol tariximizdə Avrokuboklarda ilklərə imza atıblar. İnanıram ki, bu komandaları əvvəl pley-off, sonra qrupda görəcəyik. Qorxduğumuz klub yoxdur. Amma əvvəlcədən nəsə demək yaxşı olmaz. Çünki  arxayınlaşma ola bilər. Futbolçulardan xahiş edirəm ki, 3 yox, 4 qol vursunlar".  

R.Musayev, "Qəbələ"nin dağılmayacağına ümidlidir: 

"Qəbələ"nin mübarizəni dayandıracağı artıq məlum idi. Son mövsüm komandada bəzi dəyişikliklər mənfi təsirini göstərdi. İnşAllah bundan nəticə çıxararlar. "Qəbələ"nin dağılmaq təhlükəsi yoxdur, gənc prezidenti var, hər şey əladır, daha yaxşı olacaq". 

PFL başçısı, qitə turnirində ilk mərhələdə mübarizəni dayandıran "Səbail"i təbrik edib: 

"Səbail" ilk dəfə qitə yarışında çıxış etsə də, xoş təsir bağışladı. Bu komandaya təbrik düşür. Avropa təcrübələri olmasa da, məğlub olsalar belə baxımlı oyunla azarkeşləri sevindirdilər".   

 

Digər xəbərlər