"Qarabağ"ın pley-off-da potensial rəqibləri

"Qarabağ"ın pley-off-da potensial rəqibləri
Futbol
01 Avqust 2019 - 11:29
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqibləri məlum olub.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, avqustun 5-i keçiriləcək püşkatmada "Qarabağ" nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşəcək:
Səpələnmişlər

ÇFR (Kluj, Rumıniya) – "Seltik" (Şotlandiya) cütünün qalibi
PAOK (Yunanıstan) - "Ayaks" (Niderland) cütünün qalibi
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferensvaroş" (Macarıstan) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) – "Kopenhagen" (Danimarka) cütünün qalibi

Səpələnməmişlər

"Slaviya" (Çexiya)
"Yanq Boyz" (İsveçrə)
APOEL (Kipr) - "Qarabağ" cütünün qalibi
"Maribor" (Sloveniya) – "Rusenborq" (Norveç)  cütünün qalibi

Digər xəbərlər