"Qəbələ"nin Avroliqada fiaskosu

"Qəbələ"nin Avroliqada fiaskosu
Futbol
01 Avqust 2019 - 22:55
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasında 2-ci təsnifat mərhələsində "Qəbələ" Gürcüstanda "Dinamo"nun qonağı olub.

Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan Azərbaycan klubu bu dəfə 3 qol buraxaraq məğlub olub.

"Dinamo" 3-cü mərhələdə Niderlandın "Feyenoord" klubu ilə qarşılaşacaq.

Avropa Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

1 avqust

21:00. "Dinamo" (Tbilisi) – "Qəbələ" 3-0


Qollar: L.Şengeliya, 68, 88, K.Karikari, 90+3

Hakimlər: Petri Vilyanen, Riku Vihreavuri, Mika Lamppu, Dennis Antamo (hamısı Finlandiya).

Tbilisi. Boris Payçadze adına stadion.

İlk oyun – 2:0.

Digər xəbərlər