Rumınlardan azərbaycanlı futbolçuya təklif - Zaur Ramazanovdan məsləhət

Rumınlardan azərbaycanlı futbolçuya təklif - Zaur Ramazanovdan məsləhət
Futbol
30 İyul 2019 - 15:00
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"i mübarizədən kənarlaşdıran "Universitatya Krayova" Azərbaycan klubunun futbolçusunu transfer etmək niyyətindədir.

Rumıniya təmsilçisinin baş məşqçisi Korneliu Papure oyundan sonra Ağabala Ramazanovun sürətli, texnikalı forvard olduğunu və onu komandasında görmək istədiyini bildirib.

Veteran futbolçu Zaur Ramazanov Supersport.Az-a açıqlamasında qardaşına rumın klubundan təklif gəldiyini söyləyib:

"Rumıniya klubu Ağabalanı heyətinə cəlb etməkdə israrlıdır. Başqa ölkələrdən də təkliflər var. Çox güman ki, Ağabala komandasında qalacaq. Tez-tez klub dəyişəndə oyununa təsir edir. Ağabala indi getdikcə yaxşı oynasa da, özünəinamı artırmalıdır. Məsləhətim odur ki, o, 1 il də burda oynadıqdan sonra xarici kluba keçsin".

Qeyd edək ki, "Səbail"in 26 yaşlı hücumçusu Ağabala Ramazanov "Universitatya Krayova"yla oyunda evdə 2, səfərdə 1 qol vurub.

 

Digər xəbərlər