"Sumqayıt" Superliqa təmsilçisinə uduzmadı

"Sumqayıt" Superliqa təmsilçisinə uduzmadı
Futbol
29 İyul 2019 - 22:11
Supersport.Az-ın  məlumatına görə, Ankarada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün qardaş ölkədə 4-cü sınağında Türkiyə Superliqası təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Türk klubundan Zarqo Ture 31-ci dəqiqədə hesabı açıb. Azərbaycan komandasından Amil Yunanov iknci hissənin əvvəli bərabərlik qolunu vurub.

Qeyd edək ki, ,"Sumqayıt" bundan əvvəl "Petrolul"la (Rumıniya) heç-heçə (2:2) edib, "Ahal"a (Türkmənistan) qalib gəlib (1:0), "Diyarbekirspor"a (Türkiyə) isə məğlub olub (0:1).

Digər xəbərlər