"Qarabağ" əvvəl, "Dundalk" sonra

"Qarabağ" əvvəl, "Dundalk" sonra
Futbol
29 İyul 2019 - 16:43
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Dundalk" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

İyulun 30-da "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:15-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:30-də Suraxanıda yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


"Dundalk"ın baş məşqçisi isə saat 19:30-da "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İrlandiya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Digər xəbərlər