"Neftçi"nin rəqibi "Arsenal" məğlub oldu

"Neftçi"nin rəqibi "Arsenal" məğlub oldu
Futbol
28 İyul 2019 - 19:43
Supersport.Az-ın məlumatına görə, Rusiya Premyer Liqasının 3-cü turunda "Arsenal" öz meydanında "Rostov"a məğlub olub. Tula klubu rəqibinə 2:3 hesablı uduzub.

Qeyd edək ki, Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Neftçi" səfərdə "Arsenal"a 1 qolla qalib gəlib. Azərbaycan klubu Rusiya komandasını avqustun 1-də Bakıda cavab görüşündə qəbul edəcək.

 

Digər xəbərlər