"Qarabağ" İtaliyadan qapıçı alır

"Qarabağ" İtaliyadan qapıçı alır
Futbol
25 İyul 2019 - 14:53
"Qarabağ" "Udineze"nin qapıçısı Simone Skuffet transfer etmək istəyir.

Supersport.Az-ın xəbərinə görə, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Bildirilir ki, Ağdam klubu italiyalı qolkiper üçün artıq təklif göndərib. "Kasımpaşa"dan altı aylıq icarədən qayıdan 23 yaşlı qapıçının "Qarabağ"a keçə biləcəyi vurğulanıb.
Qolkiperin Azərbaycan təmsilçisinin təklifini düşündüyü və yaxın günlərdə qərarını verəcəyi bildirilib.

Məlumata görə, "Udineze" Skuffeta üçün yeni klub axtarışındadır. O, komanda yoldaşlarından argentinalı Musso və brazilyalı Andradeyə rəqabətdə uduzur.

Əlavə edək ki, Skuffet İtaliya U-21 millisinin qapıçısı olub.

Digər xəbərlər