Roberto Bordin: "Qol buraxmamaq çox yaxşı olardı"

Roberto Bordin: "Qol buraxmamaq çox yaxşı olardı"
Futbol
25 İyul 2019 - 01:29
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının ikinci təsnifat mərhələsində Rusiya "Arsenal"ıyla qarşılaşacaq "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini bildirib.

"Ciddi rəqiblə qarşılaşacağıq. "Arsenal"ın Rusiya çempionatındakı son iki matçını izləmişik. Yaxşı oynayıblar. Rəqibin texniki və fiziki cəhətdən üstünlükləri var.

Uçuşun gecikməsi yalnız bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişməli olduq. Bununla belə, yüngül məşqdən sonra artıq oyuna hazır olacağıq. Əlbəttə, qol buraxmamaq çox yaxşı olardı. Əvvəl də dediyim kimi, "Arsenal" güclü komandadır və hazırda çox yaxşı formadadır. Unutmayaq ki, bizi Bakıda cavab oyunu da gözləyir. Düzgün oynayıb, şanslarımızdan istifadə etməyə çalışacağıq. Təbii ki, çətin olacaq. Həm də "Arsenal"ın avrokuboklarda ilk dəfə mübarizə aparacağını nəzərə alsaq, tribunalarda böyük ajiotaj olacağını təsəvvür edirəm. Bu oyuna düzgün hazırlaşmaq üçün bir həftə vaxtımız olub. Əlbəttə, qapımızı toxunulmaz saxlamaq və qol vurmaqla öz oyunumuzu göstərmək istəyirik. Bəli, meydan amili rəqibin üstünlüyüdür, amma sonra eyni üstünlük bizdə də olacaq. "Neftçi" tarixi klubdur və yaxşı nəticə qazanmaq istəyir. Düşünmürəm ki, yağış yağsa, həm bizdə, həm də rəqibdə taktiki planlar dəyişsin. Sadəcə, sürət daha yüksək olacaq".

Digər xəbərlər