"Qarabağ" qələbəni əldən verdi

"Qarabağ" qələbəni əldən verdi
Futbol
25 İyul 2019 - 00:36
Supersport.Az-ın məlumatına görə, bu gün Çempionlar Liqaının 2-ci təsnifat mərhələsində ilk oyununda "Qarabağ" Dublində "Dundalk"ın qonağı olub.

İrlandiya çempionu ilə görüş Bakı vaxtı ilə 22:45-də başlayıb.


Birinci təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ" bu rəqibi də keçməyə çalışıb. Azərbaycan çempionu hesabda irəli çıxsa da, İrlandiya klubu cavab qolunu vurub.  

Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun.

24 iyul

22:45. "Dundalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) 1-1


Qol: Hoban 78 - Mahir Əmrəli 4


Baş hakim: Bartos Frankovski (Polşa)

Dublin, "Oriel Park" stadionu

Digər xəbərlər