"Qarabağ"ın İrlandiyada məşqinin vaxtı

"Qarabağ"ın İrlandiyada məşqinin vaxtı
Futbol
23 İyul 2019 - 12:21
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Dundalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Supersport.Az-ın Ağdam klubuna istinadən məlumatına görə, bu gün baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla saat 21:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 21:45-də qarşılaşmanın keçiriləcəyi "Oriel Park" stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Digər xəbərlər