"Qarabağ"ın "Dundalk"la oyununa bilet qurtardı

"Qarabağ"ın "Dundalk"la oyununa bilet qurtardı
Futbol
21 İyul 2019 - 17:22
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Dundalk" - "Qarabağ" oyununa bu gün satışa çıxarılan biletlər qalmayıb.

Bu barədə İrlandiya çempionu məlumat yayıb. Klub oyuna marağın yüksək olduğunu, biletlərin tükəndiyini və əksər azarkeşlərdən üzr istədiyini bəyan edib. Fanatlar 10, 15, 20, 25 və ya 30 avro ödəməklə qarşılaşmanı canlı izləyə bilərdilər. 

"Oriel Park" stadionu daxili yarışlarda 3000, avrokubok oyunları üçün 4500 azarkeş tutumuna malikdir.

"Dundalk" - "Qarabağ" matçına iyulun 24-ü Bakı vaxtilə saat 22:45-də start veriləcək.

 

Digər xəbərlər