"Barselona"dan tələb: avtomobilləri qaytarın

"Barselona"dan tələb: avtomobilləri qaytarın
Futbol
21 İyul 2019 - 17:02
Supersport.Az-ın məlumatına görə, "Barselona" klubu "Audi" şirkətiylə əməkdaşlığı dayandırıb. Avtokompaniya futbolçulara verilən avtomobilləri qaytarmağı tələb edib.

Müdafiəçi Serjio Busketsə məxsus "Audi R8 Coupé V10" modelli 190 min funt-sterlinqdir.

Lider Lionel Messinin "Audi RS 6 Avant"ının qiyməti 130 min, İvan Rakitiçin "Audi Q7"si 65 min funtdur.

Futbolçular üç həftə müddətində avtomobilləri geri qaytarmalıdır. Onlar maşından məşqə gəlib-getmək üçün istifadə edir.

"Audi" "Barselona"yla 13 il əməkdaşlıq edib.

Digər xəbərlər