Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı başladı

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı başladı
Digər
21 İyul 2019 - 12:39
Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) başlayıb.

Supersport.Az xəbər verir ki, iyulun 27-dək davam edəcək festivalda 48 ölkənin idmançıları mübarizə aparacaqlar. Yarışda iştirak etmək üçün ermənilər müraciət etməyib. Lixtenşteynin Bakıya gəlməli olan yeganə idmançısı isə zədələndiyi üçün bu ölkənin Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürüb.

Millimiz festivalda 122 idmançı ilə təmsil olunacaq. 14-18 yaşlı atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaq. 135 dəst medal sahibini tapacağı yarışlar zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

EYOF-da ilk medalçılar isə güləş növündə olacaq. Sərbəst və yunan-Roma güləşində ilkin mərhələ saat 10:30-da başlayıb, final bölümü isə saat 16:00-da olacaq. Burada müvafiq olaraq, Murad Haqverdiyevlə (45 kq) Əbülfəz Nəsirov (55 kq) və Fərid Sadıxlı (45 kq) ilə Nihat Məmmədli (55 kq) yarışır.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi isə Bakı Kristal Zalında olacaq və 20:00-da başlayacaq.

Digər xəbərlər