"Qarabağ" yeni transferlərini sifariş etdi

"Qarabağ" yeni transferlərini sifariş etdi
Futbol
20 İyul 2019 - 19:21
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la oyunlar üçün "Qarabağ" sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Supersport.Az-ın qitə qurumunun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Qurban Qurbanovun siyahısında 4 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu olmaqla 25 futbolçu yer alıb. Bu sırada yeni transferlər Rerrars Faysal və Maqaye Qeye də var:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Rerrars Faysal

Yarımmmüdafiəçilər:  Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı, Tural Bayramov

Hücumçular: Mahir Əmrəli, Maqaye Qeye

Qeyd edək ki, "Dundalk" - "Qarabağ" oyunu iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.

Digər xəbərlər