"Qarabağ" məşhur hücumçunu transfer etdi - Video

"Qarabağ" məşhur hücumçunu transfer etdi - Video
Futbol, Video
17 İyul 2019 - 14:16
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" yeni futbolçuyla anlaşıb.

Klubun yay fasiləsində dördüncü transferi Maqaye Qeye olub.

Seneqallı hücumçunun qiyməti 400 min avrodur.

29 yaşlı futbolçu karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib. Forvardın son klubu "Osmanlıspor" olub.

Qeyd edək ki, "Qarabağ" əvvəlcə braziliyalı müdafiəçi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə cəlb edib.


Digər xəbərlər