"Qarabağ" intizamsız futbolçunu göndərdi

"Qarabağ" intizamsız futbolçunu göndərdi
Futbol
17 İyul 2019 - 06:52
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" legioneri Donald Gerryeylə yolları ayırıb.

Haitili futbolçu klubla razılaşdırılmış vaxtdan sonra komandaya qayıtmayıb və təlim-məşq toplanışıyla yanaşı, Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etməyib. Bu səbəbdən də futbolçu ilə yolları ayrılmaq qərarı verilib.

"Qarabağ" komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür və gələcək karyerasında uğurlar arzu edib.

Digər xəbərlər