"Neftçi" bu legioneri də kənarlaşdırdı
Futbol
17 İyul 2019 - 06:35
Supersport.Az-ın məlumatına görə, "Neftçi" futbolçu Kvame Karikari ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Klub 27 yaşlı hücumçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2018/2019-cu illər mövsümünün ilk hissəsini "Neftçi”nin heyətində keçirib və 10 oyunda 2 qola imza atmış Karikari qış fasiləsindən sonra BƏƏ-nin "Əl Oruba” klubuna icarəyə verilmişdi.