"Qarabağ"dan azarkeşlərə jest

"Qarabağ"dan azarkeşlərə jest
Futbol
17 İyul 2019 - 00:30
Supersport.Az-ın məlumatına görə, bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Dalğa Arena"da Albaniyanın "Partizani" klubuyla qarşılaşacaq "Qarabağ" azarkeşlərinin işini asanlaşdırıb. Fanatların stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubun Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və xüsusi avtobuslar ayrılıb. Belə ki, bu gün 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq.

Digər xəbərlər