"Neftçi" – "Sperantsa": biletlər satışda

"Neftçi" – "Sperantsa": biletlər satışda
Futbol
15 İyul 2019 - 17:20

Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Sperantsa” oyununun biletləri satışa çıxarılıb.


Qiyməti 2, 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri "Bakcell Arena” stadionlarının kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək.





Xatırladaq ki, iyulun 18-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sperantsa” oyunu saat 21:00-da başlanacaq.

Digər xəbərlər