"Səbail"in qənimi olan məşqçi: "26 il sonra avrokubokda qalib gəldik" - Video

"Səbail"in qənimi olan məşqçi: "26 il sonra avrokubokda qalib gəldik" - Video
Futbol, Video
13 İyul 2019 - 00:52
Supersport.Az Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Səbail"ə qalib gələn "Universitatya"nın baş məşqçisi Korneliu Papuranın fikirlərini videogörüntüyə alıb.

"26 il sonra avrokubokda qalib gəldik. Bunun uğurlu başlanğıc olacağına ümid edirəm. Bizim üçün çox yaxşı oyun oldu, 3 qol vurduq. Daha çox fərqlənə bilərdik. İki lazımsız qol buraxdıq. Bu qələbədən sonra favoritik. Amma önəmli olan konsentrasiyanı saxlamaqdır. Cavab oyununda rahatlamaq olmaz. Matça baxanda kifayət qədər şanslarımız var idi. Ancaq bəzi səhvlər də oldu. Mövsümün əvvəli olduğu üçün belə səhvlər normaldır. Əsas odur ki, bunları təkrarlamayaq. Əlbəttə, qol buraxmadan qələbə qazanmağı fikirləşirsən. Öz səhvlərimizdən rəqib 2 top vurdu. Rəqibin heyətində yaxşı oyunçular var. Xüsusən də, meydan mərkəzindəkiləri qeyd edərdim. Yevgeni Koçuk və kapitan Rahid Əmirquliyevin adlarını çəkə bilərəm. Konkret kimi öz komandama götürərdim? Bu barədə bir söz deyə bilmərəm".

Digər xəbərlər