Qurban Qurbanov: "Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik"

Qurban Qurbanov: "Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik"
Futbol
10 İyul 2019 - 22:17
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında səfərdə "Partizani" ilə 0:0 hesablı heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Ümumilikdə 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi təhlil etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik".

Digər xəbərlər